İyunun 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin “Sarıköynəklə Valehin nağılı” povesti əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcək.
İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən bəhs edən əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Quruluşçu rəssam İsmayıl Məmmədov, bəstəkar Cəmalə Nəsirovadır. Əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) ifa edirlər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası iyunun 15-nə nəzərdə tutulub.