İyunun 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mövsümün son tamaşalarından biri - Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq. Əsas rollarda Rusiya Akademik Böyük Teatrının solisti, Rusiyanın Xalq artisti Mariya Allaş (Odetta-Odilliya) və beynəlxalq müsabiqələr laureatı Denis Rodkin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.
Bir çox xarici qastrol səfərlərində olan bu cütlük 2010-cu ildə İngiltərədə keçirilən beynəlxalq klassik balet festivalında “Qu gölü” baletinin tamaşasında Odetta-Odilliya və Şahzadə Ziqfrid rollarının ən yaxşı ifaçıları üçün nəzərdə tutulmuş xüsusi mükafata layiq görülüblər. Tamaşanı Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.