İyunun 9-da Şuşa Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyasına daxili baxış olub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşaya Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verib. Baş rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev və Nazir Rüstəmov ifa edirlər. Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova maraqlı quruluş və yaxşı aktyor oyunu münasibəti ilə yaradıcı kollektivi təbrik edib. Teatr cari mövsümü “Varlı qadın”ın premyerası ilə yekunlaşdıracaq.
Onu da qeyd edək ki, Əli Əmirlinin bu əsəri indiyədək respublikamızın və bir sıra xarici ölkələrin 20-dək teatrında tamaşaya qoyulub, beynəlxalq mükafatlara layiq görülüb.