Gəncə Dövlət Kukla Teatrı 28-ci mövsümünə yekun vurub. Teatrın direktoru Bayram Fətəliyevin bildirdiyinə görə, mövsüm dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xeyir və Şər” əsərinin tamaşası ilə yekunlaşıb.
Hazırda kollektiv bir neçə tamaşa üzərində işləyir. Yaradıcı heyət yeni mövsümündə “Ağ atlı oğlan”, “Bir saatlıq xəlifəlik”, “Şəngülüm, Məngülüm” və ilk dəfə olaraq dövlət sifarişi ilə hazırlanan “Balaca şahzadə” tamaşaları ilə balacaların görüşünə gələcək.