Noyabrın 5-6-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq teatr konfransı keçiriləcək. Tədbirin rəsmi saytında yer alan məlumatda bildirilir ki, builki konfransın əsas mövzusu “Multikulturalizm və ümumbəşəri dəyərlər sistemində teatrın yeri” adlanır.
Konfransın əsas məqsədi dünyanın görkəmli teatr sənətçiləri və ekspertlərinin iştirakı ilə müasir teatrın qarşısında duran ümumi problemlərin və imkanların müzakirəsinə tribuna yaratmaqdır. Konfrans çərçivəsində teatr sənətinin müxtəlif sahələri üzrə ustad dərslərin, seminarların və treninqlərin keçirilməsi planlaşdırılır.