Noyabrın 8-9-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın tanınmış aktyoru Yefim Şifrinin “Şifrinizmlər - New” adlı solo konserti olacaq.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, Bakıda ilk dəfə çıxış edəcək aktyorun repertuarına daxil olan monoloqlar artıq uzun illərdir Rusiya estradasının qızıl fondunu təşkil edir. Xüsusi atmosfer, gülüş və ziyalılıq Yefim Şifrinin solo konsertlərinin fərqləndirici cizgiləridir. Aktyorun Bakıda təqdim edəcəyi yeni solo proqramı dərin yumoru və satirik monoloqları ilə fərqlənir.