Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rusiyalı teatr xadimlərinin iştirakı ilə Beynəlxalq rejissor laboratoriyası keçiriləcək.
Bu barədə məlumat verən teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov laboratoriyanın Rusiya Teatr Xadimləri İttifaqının (RTXİ) dəstəyi ilə baş tutacağını bildirib. Laboratoriya sentyabrın 18-dən 23-dək teatrın bazasında Rusiyanın Xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə reallaşacaq. 18 nəfərlik böyük heyətlə Bakıya gələcək nümayəndə heyətinə Rusiyanın tanınmış rejissor və teatr xadimləri də daxildir. Onlar Bakıda ustad dərsləri ilə çıxış edəcək, nümayiş etdirilən tamaşalarla tanış olacaqlar.
Baş rejissor Gənc Tamaşaçılar Teatrının Gürcüstana səfərə hazırlaşdığını da bildirib.

Həmidə Nizamiqızı