Sentyabrın 15-də Azərbaycan Teatr Xadimləri İttifaqı yeni mövsümü Əməkdar artist Mansur Mansurovun 70 illik yubiley tədbiri ilə açıb. İttifaqın sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək Mansur Mansurovun sənət yolundan və zəngin yaradıcılıq axtarışlarından danışıb sənətkara ən xoş arzularını çatdırıb.
Bildirilib ki, M.Mansurov 1970-ci ildən bu günədək Azərbaycan Dövlət Kukla Teatrında çalışır, tamaşalarda silsilə rolların ifaçısıdır. Kukla Teatrının qastrollarında, beynəlxalq festivallarda iştirak edib. O, bu gün də öz yaradıcılığını yorulmadan, uğurla davam etdirir.Tədbirdə çıxış edən digər natiqlər də yubilyarı təbrik edərək ona uğurlar arzulayıb.
İştirakçılara minnətdarlığını bildirən Mansur Mansurov bundan sonra da Azərbaycan teatr sənətinin inkişafı naminə fəaliyyətini davam etdirəcəyini deyib.
Sonda aktyora Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı təqdim olunub.