Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 18 sentyabr - Milli Musiqi Günü münasibətilə balaca tamaşaçılara Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanmış marionet tamaşasını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, tamaşada Məşədi İbad rolunu Əməkdar artist Rəhman Rəhmanov ifa edəcək. Digər rolları teatrın aktyorları Cavid İbrahimov, Səriyyə Mansurova, Rəhim Rəhimov, Elmira Hüseynova, Aslan Fətullayev və başqaları ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Rusiyadan dəvət olunmuş Tatyana Melnikovadır.