Oktyabrın 1-dən Gənclərin III Ümumrespublika Teatr Festivalına start veriləcək. Tədbirin əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Layihənin ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Festival çərçivəsində iştirakçılar art-kampda iştirak edəcək, ölkənin tanınmış incəsənət xadimlərindən ustad dərsləri alacaqlar.
İştirak etmək istəyənlər info@asa.edu.az elektron ünvanına müraciət edə bilərlər. Qeydiyyat oktyabrın 1-dən başlayaraq bir ay davam edəcək. Yalnız 12 komanda iştirak üçün təsdiq ediləcək. I yerin qalibinə 3000 manat, II yerin qalibinə 2000 manat, III yerin qalibinə isə 1000 manat pul mükafatı veriləcək. Qeyd edək ki, festivala iki il ərzində 250-dək yaradıcı gənc qoşulub.