Sentyabrın 30-da Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino xadimi Mustafa Mərdanovun adını daşıyan səhnədə ilk əsər - yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Qaçaq qocalar” adlı pyesi əsasında eyniadlı tamaşa təqdim olunub.
Səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın rəhbərliyi altında ATXİ-də fəaliyyət göstərən rejissor laboratoriyasında hazırlanıb. Tamaşaya Əməkdar artist Nofəl Vəliyev quruluş verib. Rolları aktyorlar Kərəm Hadızadə, Bəhruz Vaqifoğlu və Mənsumə Babayeva ifa ediblər. Qaçqınların həyatından bəhs edən əsər qəmli olsa da, nikbin həyat fəlsəfəsi böyük maraq doğurub.