Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 45-ci teatr mövsümünü açıb. Açılışda teatrın direktoru İslam Həsənov və teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov çıxış edərək görüləcək işlərdən, yeni yaradıcılıq planlarından söhbət açıblar.
Teatrın veteran aktyoru, Xalq artisti Valeh Kərimovun çıxışı isə alqışlarla qarşılanıb. Teatrın əsası qoyulan vaxtdan etibarən burada çalışdığını deyən Xalq artisti sadiq tamaşaçılar qarşısında olmaqdan məmnunluq duyduğunu vurğulayıb.
Sonra tamaşaçılar Əziz Nesinin əsəri əsasında Firudin Məhərrəmovun quruluş verdiyi “Öldür məni, can-ciyər” adlı səhnə əsərini izləyiblər. Maraqlı süjet xəttinə malik tamaşada əsas rolları Mətləb Səfərli, əməkdar artistlər Növrəstə Həşimova və İlahə Səfərova ifa ediblər.