Oktyabrın 23-də Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Rus Dram Teatrının aktrisası Lyudmila Duxovnayanın yubileyi qeyd olunacaq. Teatrdan verilən məlumata görə, bu münasibətlə təntənəli tədbir keçiriləcək.
Lyudmila Semyonovna Duxovnaya 1944-cü il oktyabrın 23-də Bakıda anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdində studiyanı bitirib və həmin ildən bu teatrda çalışır. Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaradıb, 1976-cı ildə Əməkdar artist, 1991-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.