Akademik Milli Dram Teatrında ispan dramaturqu Lope de Veqanın “Aşiq olmuş qız” əsəri əsasında yeni tamaşanın məşqləri gedir. Bu barədə tamaşanın rejissoru Namiq Ağayev məlumat verib. Onun bildirdiyinə görə, səhnə əsərində baş rolu (Ana) Xalq artisti Zemfira Nərimanova ifa edəcək.
Əsərin süjet xəttinə gəldikdə isə rejissor bildirib ki, nümunəni ispanların “Məşədi İbad”ı adlandırmaq da mümkündür: “Tamaşada ispan ab-havasını tamaşaçılara çatdırmağa çalışacağam. Professional rəqslər, mahnılar çoxluq təşkil edəcək. Buna görə də plastika-rəqs məşğələləri üçün Rimma Məmmədovanı dəvət etmişəm”.
Tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.