Bakıda ilk dəfə Rusiyanın Xalq artisti Oleq Tabakovun rəhbərlik etdiyi Çexov adına Moskva Teatrı çıxış edəcək. Səməd Vurğun adına Rus Dram Teatrından verilən xəbərə görə, oktyabrın 20-də teatrın səhnəsində Çexov adına Moskva Teatrı “Evlənmək arzusu olanlara rəhbərlik edən” tamaşasını təqdim edəcək.
A.P.Çexovun hekayəsi əsasında hazırlanan tamaşanın ideyası görkəmli rus aktyoru Vyaçeslav Nevinnıya aiddir. Onun ideyasını həyata keçirən oğlu əsərə səhnə ömrü bəxş edib. Tamaşada Rusiyanın Xalq artisti Aleksandr Paşutin, əməkdar artistlər Vyaçeslav Nevinnıy, Aleksandr Semçev və başqaları çıxış edəcək.