Azərbaycan Dövlət Pantomima Teatrı 4-5 noyabr tarixində Moskvada qastrol səfərində olacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfər zamanı kollektiv Moskvadakı “Na Strastnom” Teatr Mərkəzində böyük qırğız yazıçısı Ç.Aytmatovun “Manqurt” və Z.Zeynalovun “Maska” tamaşalarını təqdim edəcək.
Qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında 2014-2016-cı illər üzrə mədəni əməkdaşlığa dair sazişin müvafiq bəndinin icrası ilə bağlı təşkil olunub.