Oktyabrın 17-dən 22-dək İranın Mərivan şəhərində keçirilən IX Beynəlxalq Meydan Tamaşaları Festivalında Bakı Uşaq Teatrı uğurla çıxış edib. Teatr festivalda “Fokus-mokus” meydan tapaşası ilə çıxış edib. Tamaşada hər işi öz sahibinə tapşırmaqdan bəhs olunur.
“Fokus-mokus”da toplaşan adamları görən 2 kloun onlarla əylənmək qərarına gəlir. Özlərini illüzionist kimi qələmə verirlər. Tamaşaçılardan birinin telefonunu alıb onunla fokus göstərməyə çalışırlar. Nəhayət, özləri bu işi yaxşı bilmədikləri qərarına gəlib səhnəyə peşəkar illüziyaçını çağırırlar. Və ona kömək eləməyə qərar verirlər. Sonda hər işin öz sahibi olduğu qənaətinə gəlirlər.
Tamaşa rəğbətlə qarşılanıb və teatr bir neçə festivala dəvət alıb.