Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqləri gedir. Azərbaycan xalq nağılı “Sehrli üzüy”ün motivləri əsasında teatrın istedadlı gənc rejissorlarından olan Anar Məmmədovun səhnələşdirdiyi tamaşa ilin sonlarında balacaların ixtiyarına veriləcək.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyirin şər üzərində qələbəsinin nümayişi olacaq. Qorxmazlıq və özünəinamı tərənnüm edən səhnə əsərinin rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir. Rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman oynayır.