Gənc Tamaşaçılar Teatrında yenilik

Dekabrın 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tamaşaya bax, kitab qazan” adlı aksiya keçirilir. Teatrın və “Hədəf Nəşrləri”nin birgə layihəsi olan aksiyada hər tamaşaçı kitab hədiyyəsi qazanacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, gələn il yanvarın 15-dək davam edəcək aksiyada tamaşaçı alacağı kitabın qiymətinə eyni vaxtda tamaşaya baxacaq, yaxud tamaşa biletinə həm də kitab qazanacaq.
Aksiyadan yararlanmaq üçün kitabevim.az mağazasından hədiyyə kuponu və kitab almaq zəruridir. Qiyməti 6 manat olan paketə 1 kitab və teatrın axşam tamaşasına bilet əldə etmək üçün kupon daxildir. “Hədəf Nəşrləri”nin möhürü ilə təsdiqlənmiş kuponu tamaşanın başlanmasına 1 saat qalanadək inzibatçıya təqdim etməklə ödənişsiz tamaşa bileti almaq olar.