Dekabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Takahisa Terutoşinin rəhbərlik etdiyi “Va liqa” qrupu tamaşaçılara ənənəvi yapon teatr sənətini - kabukini nümayiş etdirəcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən bildirilib ki, bu, qrupun Azərbaycanda ilk çıxışıdır. Qrup indiyədək 53 ölkədə kabuki, əyləncəli rəqs, teatr, yapon barabanı (vadayko), şamisen, yapon folklor musiqisi və müxtəlif janrlarda olan ənənəvi incəsənəti təqdim edib.