Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dünya dramaturgiyasının parlaq nümayəndələrindən olan Uilyam Şekspirin 450 illik yubileyinə həsr olunan videofestival başlanıb. Dekabrın 14-dək davam edəcək festival günlərində Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Böyük Britaniya, Danimarka, İtaliya və Yaponiya kinosunun və teatrının parlaq nümunələri nümayiş etdiriləcək.