Dekabrın 23-24-də Bakıda ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Uilyam Qibsonun pyesi əsasında hazırlanmış “Yelləncəkdə iki nəfər” tamaşası göstəriləcək. Tamaşanın rejissoru Aleksey Kiryuşenko, prodüseri Albert Moginovdur. Rolları Tatyana Arntqolts, Qriqori Antipenko oynayırlar.
Məşhur dramaturq və yazıçı Uilyam Qibsonun 1958-ci ildə yazdığı pyesdə hadisələr Nyu-Yorkda baş verir. Təsadüfən rastlaşan rəqqasə Gitel Moskanı və vəkil Cerri Ryanı əvvəlcə yalqızlıq birləşdirir. Lakin bu görüş onların bütün həyatını dəyişir. Onlar bir-birlərinə yaşamaq üçün kömək edirlər. Onların sevgiyə nə qədər yaxın olduqlarını isə tamaşaçı biləcək.