Dekabrın 26-dan Bakı Dövlət Sirkində “Fəvvarələrin qış nağılı” şousu başlanır.
Sirkin mətbuat xidmətindən bildiriblər ki, möhtəşəm lazer və sirk şousu üçün xüsusi avadanlıq quraşdırılıb. Proqrama lazer, sirk şousu ilə yanaşı əfsanəvi personajlar, əhliləşdirilmiş heyvanlar, hava gimnastları, Şaxta baba, Qar qız və digər rəngarəng nömrələr də daxildir. Dünya sirk səhnələrinin ən maraqlı şouları ilk dəfə azərbaycanlı tamaşaçılara təqdim olunacaq. Həmçinin müasir texnologiyadan istifadə etməklə interaktiv nömrələr nəzərdə tutulub. “Fəvvarələrin qış nağılı” şousu yanvarın ortalarınadək 1, 2 və 3 seansla təqdim olunacaq.