Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yanvarın 12-də Akademik Milli Dram Teatrının səhnəsində tanınmış şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin tamaşasını təqdim edəcək. Yüksək vətənpərvərlik ruhu aşılayan tamaşada Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın tarix boyu erməni millətçilərinə qarşı qəhrəmancasına apardıqları mübarizə və ulu öndər Heydər Əliyevin zamanında torpaqlarımıza qarşı qaldırılan iddiaları ustalıq və cəsarətlə dəf etməsi, Qarabağ tilsiminə gedən yolda barışmaz mövqeyi və mübarizəsi öz əksini tapıb.