Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir. Yanvarın 7-də teatrda Astor Pyatsollanın “Məhəbbət tanqosu”, ayın 11-də isə Vasif Adıgözəlovun “Natəvan” operaları oynanılacaq.
Yanvarın 14-də teatrın səhnəsində muğam axşamı olacaq. Tamaşaçılar yanvarın 17-də Firəngiz Əlizadənin “İntizar”, 18-də Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, 24-də isə Cüzeppe Verdinin “Trubadur” operalarına baxa bilərlər. Yanvarın 31-də bəstəkar Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə “Eşq və ölüm” baletinin premyerası olacaq.
Repertuarında uşaqları unutmayan teatrın kollektivi yanvarın 10-da Pyotr Çaykovskinin “Şelkunçik” baletini nümayiş etdirəcək.