Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Məlikməmməd və sehrli almalar” adlı uşaq tamaşasının məşqlərinə başlanılıb. “Məlikməmməd” nağılı əsasında səhnələşdirilən tamaşanın martın 12-də nümayiş etdirilməsi nəzərdə tutulur.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır. Rolları Asya Atakişiyeva, Roza İbadova, Günel Məmmədova, Zümrüd Quliyeva və başqaları ifa edəcəklər.