Yanvarın 30-da Akademik Milli Dram Teatrında Ukrayna yazıçısı Anatoli Krımın eyniadlı pyesi əsasında gənc rejissor Ər-Toğrulun quruluşunda hazırlanmış “Keçmişdən zəng” tamaşasının premyerası olub. Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib. Janrı birhissəli tragikomik virtual oyun kimi müəyyənləşdirilmiş tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır. Rolları Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Rəşad Bəxtiyarov və Elnar Qarayev ifa edirlər.