Fevralın 20-də Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında premyera olacaq. Teatrın yeni təyin edilmiş baş rejissoru Sərvər Əliyevin quruluşunda Miroslav Mitroviçin "Gecə yarısı soyğunçuluq" komediyasının ilk tamaşası Quzanlı qəsəbəsindəki Mədəniyyət sarayında nümayiş etdiriləcək.
Tamaşada teatrın aktyorları Cəmilə Məmmədzadə, Suliddin Quliyev, Afəridə Sabirqızı, Elşən Cavadov, Qalib Abdullazadə çıxış edir. Əsas rollardan birini ifa etmək üçün Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev dəvət olunub.