Fevralın 25-də “Yuğ” Dövlət Teatrında Qarabağ müharibəsindən bəhs edən “Yad.Daş” tamaşası nümayiş olunub. Tamaşa Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib. Ülviyyə Heydərovanın ədəbi mətni əsasında hazırlanan tamaşaya Tərlan Engin quruluş verib. Rollarda Amid Qasımov, Ərtoğrul Kamalov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış ediblər.