Aprelin 15-də Akademik Milli Dram Teatrında türk yazıçı-dramaturqu Toyqun Orbayın pyesi əsasında hazırlanmış "21.15 qatarı" tamaşasının premyerası keçiriləcək. Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Rollarda xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərova, Firuz Xudaverdiyev, aktyor Ramin Şıxəliyev çıxış edirlər.