İyunun 1-dən 7-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində türkdilli xalqların “Nauruz” XII teatr festivalı keçiriləcək.
Festival çərçivəsində şəhərin dörd teatr meydanında Azərbaycan, Özbəkistan, Altay, Qazaxıstan, Krım, Tatarıstan, Tıva, Xakasiya və Yakutiya teatrlarının tamaşaları nümayiş olunacaq. Həmçinin “Teatrın inkişaf vektoru: Avropa-Asiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Layihənin bədii rəhbəri Farid Bikçantayev məlumat verib ki, builki festival Qazaxıstan mədəniyyətinə həsr olunacaq: “Biz istəyirik ki, Qazaxıstan öz teatrının nə ilə məşğul olduğunu, mədəniyyətinin, ənənələrinin, ayinlərinin teatrda necə ifadə olunduğunu göstərsin. Biz bu ənənəni davam etdirəcəyik”.