Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində "Məhəbbət üçbucağı" adlı fransız komediyası nümayiş etdiriləcək. Mayın 6-da teatrsevərlərin ixtiyarına veriləcək səhnə əsəri 18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı, Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafı Raulya Türkandır. Rollarda Xalq artisti Səfa Mirzəhəsənov, Əməkdar artistlər Nataliya Şarovskaya, Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov və Rüstəm Kərimov çıxış edəcəklər.

Həmidə Nizamiqızı