Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi bölgələrə qastrol səfərinə yollanıb. Teatrdan bildirilib ki, qastrol səfəri çərçivəsində yaradıcı kollektiv Saatlıda Cəlil Məmmədquluzadənin “Anamın kitabı” və Abdulla Şaiqin "Danışan gəlincik" əsərlərini nümayiş etdirib. Teatrın kollektivi növbəti tamaşanı İmişlidə təqdim edib. İmişli sakinləri Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasına baxmaq imkanı qazanıblar.