Gəncədə "Butafilm" kino şirkəti tərəfindən "Teatral həyat" adlı filmin çəkilişlərinə başlanılıb. Bu barədə məlumat verən filmin ssenari müəllifi İlqar Nəcəf Gəncədə aparılan çəkilişlərin əsasən şəhərin qədim memarlıq nümunələriylə zəngin küçələrində, eləcə də Yeni Gəncə qəsəbəsində, Kukla Teatrında, Nizaminin ev-muzeyində aparılır. Ssenari müəllifi filmdəki hadisələrin əsasən 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində cərəyan etdiyini deyib. Ekran işində həmçinin, region teatrında çalışan gənc aktyorun başına gələn əhvalatlardan, onun psixoloji dünyasından bəhs edilir. Quruluşçu operatoru Aqil Abbas, quruluşçu rəssamı Əziz Məmmədov olan filmin fevral ayında tamaşaçıların ixtiyarına verilməsi planlaşdırılır. Turan