Türkan Şoray müasir Türkiyənin ən tanınmış qadınlarından biridir. Kinoulduzunu kicikdən tutmuş böyüyə kimi hamı tanıyır və sevir. 28 yaşına catanda onun çəkdiyi filmlərin sayı 200-ə (15 il ərzində) çatmışdı. Bu, ildə orta hesabla 13-14 film deməkdir. Onun barədə çox yazır və çox danışırlar. Aktrisanın portreti qəzet və jurnal səhifələrindən düşmür. Türkan Şorayın populyarlığı ölkə sərhədlərini də çoxdan aşıb. Sevilən aktrisanın iştirakı ilə cəkilən filmlər Yunanıstan və İranda, Kipr və Ərəb ölkələrində habelə keçmiş Sovet Respblikalarında və indiki MDB ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilir.

Xaricdə Türkan Şorayı “Şərqin Elizabet Teyloru” adlandırırlar. Türkan Şoray 1947-ci ildə anadan olub. 1960-ci ildə teatr rejissoru və “Pesenfilm” kinostudiyasının sahibi Nevzet Pesen İstanbulun kücələrinin birində təsadüfən Türkanla rastlaşır. Yeniyetmə qızın gözəliyinə valeh olan rejissor, Türkanın kinoya çəkilməsinə razılıq almaq üçün valideynlərinə müraciət etməli olur. Onun kinoda ilk işi uğurlu alınır. Tezliklə Türkan Şorayın iştirakı ilə cəkilən “Məhəbbətdən qacmaq olmaz” filmi ekranlara çıxır. Bir neçə aydan sonra isə o, rejissor Şəmsi Ezonukun “Nadinc uşaq” filmində baş rola cəkilir. Bundan sonra 14 yaşlı Türkan digər rejissorlardan da dəvətlər almağa başlayır. Əgər Tükan Şoray 1960- ci ildə bir filmə çəkilmişdisə, 1961- ci ildə səkkiz, 1962-ci ildə isə artıq on bir filmdə müxtəlif rollar oynayıb.

Türkan Şoray qısa bir zamanda populiyarlıq qazanıb və müəyyən müddətdən sonra isə sənətkarlıq Zirvəsinə ucalıb. Aktrisanın qəhrəmanlarının ümumi, oxşar tale yaşamaqları aydın görünürdü; Onlar şəriət qanunları ilə damğalanmış zavallı, alçaldılmış türk qadınlarıdır. Lakin Şorayın, demək olar əksər qəhrəmanları sosial ədalətsizliyə qarşı öz qızğın etirazlarını bildirirlər. Türkan Şorayın cəkildiyi filmlərin süjetləri də bir-birinə çox oxşayır. Yılmaz Durunun rejissorluğu ilə çəkilən “Şərəf borcu” ekran əsəri oldan qabaqkı filmlər kimi zəhmətkeş insanların sosial vəziyyətindən bəhs edir. Bu film Anadolu kəndlərində hökmranlıq edən sələmçi ağanın istismarına məruz qalan yoxsulların dözülməz həyatını təsvir edir. “Şərəf borcu” kinolenti 1974-ci ildə Daşkənddə keçirilən Asiya və Afrika ölkələrinin III Beynəlxalq kinofestivalında göstərilib. Filmin qəhrəmanı Qürbət (T.Şorayın ifasında) adlı gənc qız ləyaqətini qorumaq naminə sələmci Gildanla mübarizəyə qalxır. Dörd kəndin sakinləri, Qürbətin də ailəsi daxil olmaqla, sələmci Gildanın borcundan yaxa qurtara bilmir. Sələmci isə yalnız Qürbəti ələ keçirdikdən sonra borcları unutmağa hazırdır. Belə bir şərtlə razılaşmayan Qürbət, görünməmiş auksion təşkil edir: kimsə onun ailəsinin borcunu ikiqat ödəsə, o həmin adama ərə gedəcək.

Bazarda qoyun-quzu ilə barabər gəlin də satılır. Alıcılar ona qiymət qoyurlar. Bu zaman sələmci üzərində ona borclu qalan yüzlərlə savadsız kəndlinin barmaq izləri olan siyahını cibindən çıxarır. O qışqıraraq deyir: “Baxın, burada dörd kəndin borcu var”! Bayaqdan hay-küy salan camaat indi sakitcə ümid və həyacan icində dayanıb, Qürbətin qərarını gözləyir. Qız kəndliləri borcdan azad etmək məqsədilə sələmciyə təslim olur. Bundan sonra toya hazırlıq görülür. Bu zaman şəhərə qazanc-dalınca gedən qəhrəmanın sevgilisi qayıdır. Lakin o, borcu ödəmək üçün lazım olan məbləği toplaya bilməyib .

Toy günü o adaxlısını qacırdır. Sələmci onları təqib edir. Finomda Qürbətin sevdiyi oğlan sələmcinin atəş açdığı güllədən həlak olur. Qəhrəman sevgilisinin intiqamını almaq üçün Gildanı öldürür. Beləcə, xeyir və şər arasındakı mübarizə sona catır. Türkan Şoray bu filmdə güclü, nadir cəsarətə malik yaddaqalan qadın obrazını yaradıb. Ailə sədaqətini qorumaq və kasıbların müdafiəcisi olmağı özünə şərəf borcu hesab edən Qürbət- Şoray realist oyunu və temperamenti ilə tamaşaçı rəğbətini qazanır. Onun cəhrəmanlı filmin əvvəlində sadə, zəhmətkeş və xeyrxah kəndli qızı idi. O, ailənin rifahı naminə səhərdən axşamadək yorulmadan çalışır. Lakin filmin yarısında o, qətiyyətli, mübariz və iradəli qadına cevrilir. Türkan Şorayın iştirakı ilə cəkilən daha bir film qurluşçu rejissor Xalid Refiqin “Nişanlı Sultan” kinolenti türk kəndində mövcud olan feodal adətlərin ifşasına həsr edilib. Şorayın filmdə yaratdığı Sultan adlı gözəl qızın taleyi minlərlə türk qızların taleyinə bənzəyir.

Filmin qəhrəmanı köhnəlmiş adətlərə qarşı etiraz səsini ucaldır. Tənqidçilərin fikirincə, bu kadrlar dünya kinosunun ən yaxşı realist ənənələri formasında öz həllini tapıb. Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən filmlərdən fərqli olaraq, Türkan Şoray daha çox melodrama janrında olan filmlərdə də unudulmaz rollar yaradıb. Onun bənzərsiz gözəlliyi, mənalı baxışları, yaraşıqlı qaməti daim rejissorların diqqət mərkəzində olub. “Qırmızı ləcək” “Sərcə balası” və “Yol” kinofilmlərində oynadığı rollar aktrisaya tamaşacı məhəbbəti və şöhrət gətirib. 1972-ci ildə istedadlı aktrisa “Qayıdış” filmində beş rolu ifa etməklə bərabər, ilk dəfə quruluşçu-rejissor ampluasında da çıxış edir. “Gülhanın gözəlliyi kənddə böyük nüfuz sahibi olan dövlətli Rezhitin nəzərindən qacmır. O, Gülhanla evlənmək istəsə də, qız razı olmur və kasıb İbrahimə ərə gedir.

Bu izdivacdan xəbər tutan Rezhit qisas alacağına and icir. Bu arada minlərcə işsiz türk vətəndaşı kimi İbrahim də qazanc əldə etmək üçün Qərbi Almaniyaya gedir. Rezhit Gülhanı ələ keçirməyə cəhd göstərir. Lakin qız sevdiyi oğlana sadiq qalır. Qəzəblənmiş Rezhit Gülhan barədə çirkin şayiələr yayır. Avam qonşular isə böhtanlara inanır, Gülhandan üz döndərir və onun xəstə uşağına yardım etməkdən imtina edirlər. Ərini, oğlunu, torpağını itirən Gülhan dövlətlini öldürür; final faciə ilə bitir: xaricdən alman arvadı ilə qayıdan İbrahim yolda avtomobil qəzasında həlak olurlar. Möcüzə nəticəsində sağ qalmış onların uşağını Gülhan övladlığa götürür. “Qayıdış” filminin qısa məzmunu bundan ibarətdir. Bu film 1973-cü ildə VIII Beynəlxalq Moskva kinofestivalında böyük müvəffəqiyyətlə göstərilmişdi. Məmnun qalan tamaşaçılar türk kinosunun görkəmli sənətçisini alqışlarla qarşılamışdı. Türkan Şorayın ikinci rejissor işi “İztirab”(1974) filmidir. Burada da baş rolun ifacısı Şoray özüdür.

Bu ekran əsərində xəstə övladı ilə böyük şəhərə gələn kəndli qızından və onun rastlaşdığı daşürəkli məurların biganəliyindən söhbət açılır. 1976-ci ildə Türkan Şoray növbəti dəfə “Əsla və daima” filminə quruluş verir. Emosional gərginliyi cox olan “Əsla və daima” filmi rejissor ustalığı nöqteyi-nəzərdən cox parlaq ekran əsəri hesab edilmir. Türkan Şorayın aktyorluq məharəti və rejissorluq baçarığı onun hərtərəfli istedada malik olduğunu sübut edir. Yeri gəlmişkən, deyək ki, o, həmdə türk estradasının qabaqcıl ifaçısı kimi də şöhrət qazanıb. Vətənində onun barəsində belə deyirlər: Türkan ekranda ağlayanda və güləndə tamaşaçıda elə təsəvvür yaranır ki, bu türk qadını ağlayır və gülür. Aktrisa üçün bundan yaxşı tərifə layiq söz tapmaq cətindir. Həsən Tagıyev