Yanvarın 26-da Türkiyənin paytaxtı Ankarada azərbaycanlı rəssam Nəvai Mətin Məmmədoğlunun “Rənglərim rəngimdir” adlı fərdi sərgisi açılacaq. Sərgi məşhur türk rəssamı Savaş Simitlinin dəvəti ilə reallaşır. Ekspozisiyada rəssamın Türkiyədə Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təşkil etdiyi festival çərçivəsində çəkilmiş əsərləri nümayiş olunacaq.
   Ötən il azərbaycanlı fırça ustaları Nəvai Mətin Məmmədoğlu və İlqar Əkbərov Türkiyənin İzmir şəhərində “Şərqdən Qərbə, Qərbdən Şərqə” mövzusunda keçirilmiş sərgidə də ölkəmizi təmsil etmiş və Beynəlxalq Sənətçilər Birliyinə üzv seçilmişlər.