Dahi ispan rəssamı Pablo Pikassonun şah əsəri sayılan “Pəncərə kənarında oturan qadın” əsəri Londonda hərraca çıxarılıb. Rəsm əsərində Pikasso gənc sevgilisi və əsas ilham pərisi olan Mariya Tereza Valteri təsvir edib. 1932-ci ildə çəkilən əsər 45 milyon dollara satılıb.