Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsi fevralın sonlarında Fransada keçiriləcək sərgidə iştirak edəcək. Bölmənin sədri, Əməkdar rəssam Aydın Rəcəbovun bildirdiyinə görə, fevralın 20-dən martın 1-dək Parisdə azərbaycanlı sənətkarların əl işlərindən ibarət sərginin keçirilməsi nəzərdə tutulur. Sərgidə milli dekorativ-tətbiqi sənətimizin müxtəlif növləri - xalçaçılıq, qurama, batika, taxta üzərində oyma, tikmə, zərgərlik və s. təqdim olunacaq. Sərgi Paris şəhərinin meriyasında təşkil ediləcək.
   
   Lalə Azəri