Sərginin qalibi İtaliyaya səyahət edəcək

Bakıdakı “Lamborghini” sərgi salonunda “Futurismo Ora” adlı sərgi açılıb. İtaliyanın Bakıdakı səfirliyi, Azərbaycan-İtaliya Assosiasiyası və “Centro İtaliano Baku” tərəfindən təşkil edilən tədbir İtaliya mədəniyyəti, bu ölkədə mühüm incəsənət cərəyanı olan “futurizm”in təbliği məqsədi daşıyır.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və bir sıra digər universitetlərdə təhsil alan 100-dən artıq istedadlı gəncin gələcəyə dair şəxsi baxışlarını əks etdirən əsərləri nümayiş olunur. Sərgi incəsənətin bütün sahələrini, o cümlədən rəssamlıq, heykəltəraşlıq, musiqi, memarlıq, teatr, kino və qastronomik sahələri əhatə edib. Əsərlər sentyabrda beynəlxalq münsiflər heyəti tərəfindən mükafatlandırılacaq.
Sentyabrın ikinci ongünlüyündə qaliblər müəyyən ediləcək. Birinci yerin qalibi İtaliyaya ikihəftəlik səyahət kuponu qazanacaq.