İyunun 14-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə fotoqraflar üçün “Foto-video materialların hazırlanmasında müasir standartlar” adlı seminar-treninqlər təşkil olunub.
Treninqdə almaniyalı fotomüxbir Rene Schulthoff kommunikasiya, humanitar vəziyyətlərin monitorinqi, kütləvi informasiya vasitələri ilə münasibətlər və digər məsələlər haqqında məruzə ilə çıxış edib.
Sonra “Yaxşı foto necə olur. Müasir konsepsiya”, “Sosial media üçün vedoformatlar”, “Texniki parametrlər”, “Qısa və ortametrajlı videoların çəkilişi üçün əsas qaydalar” və başqa mövzularda suallar cavablandırılıb.