Quba şəhərindəki "Yaşıl teatr"da Azərbaycan, Türkiyə, Moldova və Gürcüstan nümayəndələrinin iştirakı ilə “Dostluq körpüsü” adlı uşaqların və gənclərin folklor-rəqs festivalı keçirilib.
Xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyan festivala Azərbaycandan beş, Gürcüstandan üç, Türkiyə və Moldovadan bir qrup qatılıb. Təqdim olunan xalq rəqs nümunələri rayon sakinləri tərəfindən maraqla qarşılanıb.
“Dostluq körpüsü” rəqs festivalına iyunun 14-də Bakıda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən təqdimatla yekun vurulub.