18-25 iyul tarixlərində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Elmira Rəcəbovanın “Disney xəzinəsi” adlı sərgisi keçiriləcək.
Elmira Rəcəbova 1995-ci ildə Bakı şəhərində anadan olub. Respublika İncəsənət Gimnaziyasında oxuyub, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil alıb.
2008-ci ildə «Xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması üzrə» sərgidə iştirakına görə fəxri fərmana, tələbəlik illərində isə Səttar Bəhlulzadə adına təqaüdə layiq görülüb.
«Disney xəzinəsi» onun ilk fərdi sərgisidir. Hələ uşaq ikən animasiya rəssamı olacağını qətiləşdirən Elmiranın bu marağı getdikcə professional istiqamət alıb. Hazırda o, təhsilini bu sahə üzrə davam etdirmək niyyətindədir.
Gənc rəssam sərgini milyonlarla tamaşaçının sevdiyi cizgi filmlərinin yaradıcısı Uolt Disneyə həsr edib.

Lalə