Paytaxtın Fəvvarələr meydanında növbəti konsert proqramı

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı Fəvvarələr meydanında “Retro Bakı” layihəsinin konsertləri davam edir.
Bu həftəsonu keçirilən konsertlərdə müğənnilər Elza Seyidcahan, İlqar Sail, Aysel Əlizadə, Leyla Ramazanlı, Könül Şıxəliyeva, Cəmilə Rəhimova, Samir Cabbarov, Aysel Mayılova, “Azad” rəqs qrupu və rəqqasə Səbinə İsmayılova ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.
Qeyd edək ki, “Retro Bakı” layihəsi hər həftəsonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.