Oktyabrın 31-də Bakıdakı “Kiçik QalArt” qalereyasında rusiyalı rəssam Olqa Kroytorun əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.
Sərgidə rəssamın müxtəlif mövzulara həsr olunmuş müasir janrlı əsərləri nümayiş olunacaq. Xanım O.Kroytorun əsərləri onun şəxsi təəssüratları, duyğuları və qorxularının ardıcıl tədqiqatıdır. Parçalanma, ölüm və özgəlik mövzuları rəssam üçün əslində, fasiləsiz davam edən prosesin bir hissəsini təşkil edən ömür axını mənasını kəsb edir.
Qeyd edək ki, rusiyalı rəssamın əsərlərindən ibarət sərgi ötən il də Bakıda açılıb və üç ay davam edib.