Sentyabrın 22-də paytaxtdakı “Art Villa” qalereyasında gənc rəssamlar Rüstəm Hüseynovun və Aydın Sadıqovun fotolarından ibarət “Maraqlı Avropa” adlı sərgi açılıb. “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan və Avropa İttifaqı münasibətlərinin 25 illiyinə həsr olunub. Sərginin ekspozisiyasında gənc fotoqrafların 30-dək fotosu nümayiş olunub. Sərgidə renessans abidələrinin, eləcə də “Dante”, “Faust”, “Drakula”, “Van Helsinq” və başqa Avropa əraziləri tarixinin çox maraqlı fotoları təqdim olunub.