Oktyabrın 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasın rəsm dərnəyinin müəlliməsi Gilan Əzizxanlının şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə Azərbaycan xalq nağılları əsasında çəkilmiş rəsmlər nümayiş olunub.
Tədbirdə uşaqların çəkdikləri illüstrasiyaların yer aldğı “Nağıllar” toplusunun təqdimatı da keçirilib. Layihə Prezident yanında Bilik Fondunun sektor müdiri Xatirə Hüseynovanın təşkilatçılığı ilə ərsəyə gəlib. Sektor müdiri qeyd edib ki, Azərbaycan və ingilis dillərində olan toplu uşaqların və tələbələrin birgə əməyi nəticəsində hazırlanıb. Nağılları ingilis dilinə Azərbaycan Dillər Universiteti və Avrasiya Universitetinin tələbələri tərcumə ediblər.
Uşaq Filarmoniyası rəsm dərnəyinin müəlliməsi Gilan Əzizxanlı qeyd edib ki, indiyədək Bilik Fondu ilə dördüncü layihəni həyata keçiriblər. Bu toplunun ərsəyə gəlməsi isə bir ilkdir.
Topluda əl işləri yer alan uşaqlara Bilik Fondunun təşəkkürnamələri təqdim edilib. Sonda tədbir iştirakçıları balaca rəssamların əl işlərinə baxıblar.