Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - məşhur ingilis yazıçısı Uilyam Somerset Moemin “Teatr (Seçilmiş əsərləri)” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən bildirilib ki, kitaba yazıçının “Teatr” romanı, pyes və novellaları daxil edilib. Əsərləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib. Nəşrin redaktoru Güldəstə Nəsibdir.