Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələrə və ustad dərslərinə başlanılıb. Dərslər UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeydən bildirilib ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Ustad dərsləri milli tikmələr üzrə qırğızıstanlı mütəxəssis Güljan İreş tərəfindən aparılır. 41 gün davam edəcək ustad dərsləri və mühazirələrdə Almaniya, Qazaxıstan və Rusiyadan dəvət olunmuş mütəxəssislər də iştirak edəcək.