Noyabrın 21-də Los-Ancelesin “Microsoft Theater” zalında Amerika musiqi mükafatlarının (“American Music Awards”) növbəti təqdimolunma mərasimi keçirilib.
“American Music Awards” (AMA) - ABŞ-ın ən mühüm musiqi mükafatlarından biri sayılır. Bu mərasim 1973-cü ildən keçirilir və faktiki olaraq "Qremmi" və digər mükafatların əsas rəqiblərindən sayılır. Mükafatın nominantları onların kommersiya uğurları əsasında - mahnıların satış həcminə görə seçilir. Qaliblər azarkeşlərin səsverməsi ilə müəyyənləşir.
Beləliklə, ilin qadın ifaçısı müğənni Ariana Qrande olub. Ən yaxşı kişi ifaçısı adını “One Direction” qrupunun keçmiş iştirakçısı Zeyn Malik qazanıb.
Pop/rok janrının ən yaxşı qadın ifaçısı Selena Qomes seçilib. Bu janrda ən yaxşı kişi ifaçısı Castin Biber olub. O, həmçinin ən yaxşı video, ən yaxşı mahnı və ən yaxşı pop/rok janrı üzrə albom nominasiyaları üzrə qalib gəlib. “İlin ən yaxşı konsert turu" nominasiyasında mükafata Beyons layiq görülüb.
Rihanna da mükafatsız qalmayıb. Onun «Anti» adlı albomu ən yaxşı R"n"B albomu seçilib. Sting “Musiqiyə verdiyi töhfələrinə görə” nominasiyasında qalib gəlib.
Digər nominasiyalar üzrə mükafatları - “Twenty One Pilots” (“İlin ən yaxşı dueti”), Teylor Svift (ən yaxşı kantri-ifaçı) və başqaları qazanıb. Ən yaxşı saundtrek nominasiyasında birinci Prins («Purple Rain») olub.

İlona Qubadova







Bu kateqoriyaya aid digər yazılar

News

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B