Dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı tədbir təşkil olunacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutacaq.
   Gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz havaları və muğamlarımız dinləniləcək.
   Konsert proqramında Türkiyənin tanınmış ifaçısı Armağan Elçin və Azərbaycanın Əməkdar artisti, xanəndə Elnarə Abdullayeva tərəfindən xalq mahnıları təqdim olunacaq.